Ordu.az xəbər verir ki, bunu erməni politoloq Suren Sarkisyan Boltonun bölgəyə səfərini şərh edərkən bildirib.
Sarkisyan qeyd edib ki, ABŞ-ın yüksək vəzifəli nümayəndəsinin Azərbaycana münasibətdə bu kimi mövqeni ilk dəfə eşidir.
"ABŞ üçün Gürcüstan ən mühüm regional ölkədir. Çünki ABŞ ilə ən dərin gündəlik məsələləri və münasibətləri var. İkinci sırada isə neft və enerji ehtiyatları ilə zəngin bir ölkə olan, həm də ABŞ-a Əfqanıstan strategiyasında ciddi dəstək verdiyinə görə Azərbaycan yer alır", - deyə politoloq bildirib.
Sarkisyan Ermənistana gəlincə xatırladıb ki, Suriyaya göndərilən kontingentin hakimiyyət tərəfindən yalnız humanitar olması barədə iddialarından asılı olmayaraq, bu, Ermənistan-ABŞ münasibətlərində ciddi problem yaradıb.
Ermənistanda çıxış edən Con Bolton, Ermənistana xarici təzyiqi zəiflətmək üçün ən yaxşı yolu Qarabağ münaqişəsinin həllini və tərəflərin birlikdə işləməklə, birgə həll yolu tapmalı olduğunu bəyan etdi.
Erməni politoloqun müşahidəsinə əsasən, bu bəyanat Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına dair ABŞ tərəfinin mövqeyinə təmamilə uyğundur.
"Bu, müxtəlif formatlarda danışılmış bir bəyanatdır, hətta erməni tərəfi bununla bağlı danışıqlar aparıb, buna görə mən burada yeni bir şey görmürəm", - deyə Sarkisyan qeyd edib.
Ermənistandakı daxili siyasi vəziyyətə və bununla əlaqədar ABŞ rəhbərliyinin mövqeyinə gəlincə, Suren Sarkisyan ABŞ-ın yeni Ermənistan hakimiyyətinə və Nikol Paşinyana etibar etmədiyi barədə deyilənləri inkar edib: "Nikol Paşinyana Vaşinqtonda, Moskvada və Aİ-də də güvən var. Əlbəttə ki, onun siyasi komandasında bəzi ehtiyat edilən insanlar var".
Azərbaycan prezidenti İlham Əliyevin ABŞ-a səfərinin yaxın gələcəkdə planlaşdırılmasına gəldikdə isə, siyasətçi buna rəsmi Bakının ABŞ-la "strateji tərəfdaşlığı" kontekstində baxıldığını və səfər zamanı yeni əməkdaşlıq sənədlərinin imzalanacağını istisna etmədiyini qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az