Ermənistan Rusiyanın təsirindən azad ola bilər? - Bolton cavablandırdı

2018/10/3454-1540479187.jpg
Oxunub: 1758     18:52     25 Oktyabr 2018    
"Belə ki, ABŞ baxımından demokratiya nə qədər güclü olarsa, Birləşmiş Ştatlarla və həmin dəyərləri daşıyan digər ölkələrlə təmas qurmaq bir o qədər güclü olar".

Ordu.az xəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton bildirib.

"Azadlıq" radiostansiyasına verdiyi müsahibədə, "Rusiyanın bölgədə nəhəng təsirini nəzərə almaqla Ermənistanda baş verən inqilabın hansı gələcəyi var?" deyə sualı cavablandırarkən Bolton, xarici təsirdən asılı və ya tabe olmamasına görə bunun Ermənistan üçün fundamental məsələ olduğunu qeyd edib.

"Hesab edirəm ki, xalqın beynəlxalq aləmdə geniş imkanlara malik olması, tarixi şablonları əldən verməməsindən daha üstündür. Belə ki, ABŞ baxımından demokratiya nə qədər güclü olarsa, Birləşmiş Ştatlarla və həmin dəyərləri daşıyan digər ölkələrlə təmas qurmaq bir o qədər güclü olar", - deyə o fikirlərini ifadə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bolton   Ermənistan   Rusiya  


Bizi "telegram"da izləyin