Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Fransanın Sent-Etyen şəhərinin meri, "Fransa-Artsax" dostluq qrupunun üzvü Qael Perdrion Azərbaycanın işğal altında olan Qarabağ bölgəsinə qanunsuz səfər edib.
Məlumata görə, səfər çərçivəsində işğal altında olan Şuşa və Fransanın Sent-Etyen şəhərləri arasında qanunsuz olaraq "Dostluq bəyannaməsi" imzalanıb.
Qeyd edək ki, Azərbaycanın qanunvericiliyə əsasən işğal altında olan Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər edən şəxslər Xarici İşlər Nazirliyinin (XİN) arzuolunmaz şəxslər siyahısına daxil edilir.
Alpər Mövludoğlu
Ordu.az