Amerikalı diplomat: “Qarabağ Boltonun gündəmindədir, lakin prioritet deyil”

2018/10/5ab8a-1540023288.jpg
Oxunub: 1029     12:31     20 Oktyabr 2018    
“Qarabağ münaqişəsi Boltonun gündəmində olsa da, o, bu gündəmin prioriteti deyil”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə ATƏT-in Minsk Qrupunun amerikalı sabiq həmsdəri Kerri Kavano danışıb.

Kentuki Universitetində diplomatiya üzrə professor kimi çalışan, eyni zamanda Beynəlxalq Həyəcan təşkilatının sədri olan Kavano ABŞ prezidenti Con Boltonun bölgəyə planlaşdırılan səfəri barəsində danışıb.

“Prezident Donald Tramp ötən ay BMT-də İranın cilovlanması məqsədilə beynəlxalq cəmiyyəti birgə fəaliyyət göstərməyə çağırsa da, uğursuz oldu. İndi də Bolton Qafqazlarda və Moskvada İran təsirinin zəiflədilməsi istiqamətində dəstək qazanmağa çalışacaq. Eyni zamanda, son zamanlar qəzetlərin manşetlərinə Rusiya və Türkiyə ilə əlaqədar xarici siyasət məsələləri dominantlıq edib – bunlara Ukrayna, Suriya və enerji-boru kəmərləri daxildir. Bunlar da şübhəsiz ki, Boltonun gündəminin öndə gələn məsələləri olacaq”, - deyə Kavano vurğulayıb.

Sabiq həmsədr, həmçinin, Qarabağın da Boltonun səfəri zamanı müzakirə ediləcəyinə şübhə olmadığını, lakin bunun prioritet məsələlər arasında yer almayacağını söyləyib. İstənilən halda o, Boltonun səfəri nəticəsində sözügedən münaqişənin Ağ Ev və Trampa daha aydın olacağını və sülh istiqamətində irəliləmək üçün nələr edilə biləcəyinə daha yaxşı perspektivdən yanaşma imkanı qazandıracağını düşünür.

Onun sözlərinə görə, ötən ay Tacikistanın paytaxtında Ermənistan Baş naziri Nikol Paşinyan və prezident İlham Əliyev arasındakı görüş hələ də münaqişənin həlli istiqamətində birbaşa dialoq seçiminin mümkün olaraq qaldığını göstərdi.

“Lakin hələ də edilməli olan çox şey var, bu isə yaxın gələcəkdə çətin ola bilər, xüsusilə Ermənistandakı siyasi vəziyyətin qarışıq olaraq qaldığını və dekabra təyin olunan erkən parlament seçkilərini nəzərə aldıqda bunu demək olar”, - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Kavano   Bolton   Qarabağ  

Amerikalı diplomat: “Qarabağ Boltonun gündəmindədir, lakin prioritet deyil”

2018/10/5ab8a-1540023288.jpg
Oxunub: 1030     12:31     20 Oktyabr 2018    