Dünya tarixində Hibrid Müharibə FAKTORU (II Yazı)

2018/10/1024p-9235031400.jpg
Oxunub: 6851     15:51     10 Oktyabr 2018    
(II yazı. I yazını BURADAN oxuya bilərsiniz)

İlk yazımızda qeyd etdiyimiz kimi, “Hibrid müharibə” interaktiv (bir-birinə bağlı) effektlərə (təsirlərə) nail olmaq üçün sosial funksiyaların tam spektri boyunca spesifik zəifliklər yaratmağı hədəfləyən çoxsaylı güc instrumentlərinin sixronlaşdırılmış istifadəsi kimi izah edir.

Hibrid müharibənin qəribəliyi aktorun çoxsaylı güc instrumentlərini eyni zamanda sinxronlaşdırma və qəsdən müharibənin yaradıcılığı, bəlirsizliyi, qeyri-xəttiliyi və koqnitiv (təfəkkür) elementlərini istismar etmə qabiliyyətində dayanır. Bu bir növ ənənəvi müharibə metodları ilə qaydasız (nizamsız) metodların (ünsürlərin) qarışığında istifadə ilə müharibə aparmaqdır.

Ənənəvi və qaydasız metodaların birləşdirilməsi isə yeni deyil və tarix boyu istifadə edilib. Prussiyalı hərbi filosof Karl von Klausevitz yazırdı ki, “müharibə”, xarakteristikasını hazırkı vəziyyətə cəld uyğunlaşdıran gerçək buqələmundan daha artığıdır: “Müharibə diqqət yetirilməsi vacib olan üçlüdür – şiddət və nifrət, şans və ehtimal, siyasi mülahizələr. Bu elementlər xalq, hərbi qüvvə və hökumətlərin qarşılıqlı əlaqəsindən meydana gəlir. Bu faktorlar, qeydəalınan tarixin başlanğıcından etibarən müharibənin bir hissəsi olub”.

Hibrid Müharibə termini son dövrlərdə həm mülki, həm də hərbi liderlər arasında məşhurlaşsa da, Klausevitz hələ iki əsr öncə müharibənin müxtəlif şərtlərdə xarakter dəyişdiyini demişdi.

Onun tarixi kökləri b.e.ə V əsrdə Peloponnes müharibəsinə qədər gedir. Afina və Sparta arasındakı münaqişə zamanı spartalılar helotlar tərəfindən potensial qiyamın qarşısını almaq üçün Lakoniya və Messeniyada böyük qüvvə saxlamağın zəruriliyini anlayırdılar. Afinalılar Helot qiyamı üçün uyğun şərtlər yaratmaq məqsədilə Pilosda ekspedisiya bazası tikmək kimi hiyləgər addımlar atdılar. Bu isə ənənəvi münaqişə tərzinə qaydasız taktika gətirmək idi. Afina qüvvələri e.ə. 425-ci ildə Peloponnesin cənub-qərb sahilindən Pilosu möhkəmləndirdikdən sonra, Naupaktus messenianları ilə birlikdə qarnizonlar qurdular. Onların ulu babalarını e.ə. 464-cü ildəki böyük Helot üsyanından sonra spartalılar bölgədən qovmuşdular. Yerli dialektikada danışma qabiliyyətlərindən istifadə edən messenianlar Lakoniya daxilinə çoxsaylı istilalara başladılar. Helotlar isə tezliklə Pilosa qaçmağa məcbur oldular və beləliklə Spartada milli fövqəladə hal meydana gəldi. Bu qiyamçılıq fəaliyyəti bir növ hibrid müharibə forması idi.

Afina tarixçisi Fukidid yazır ki, indiyə qədər istila, yaxud bu növ müharibə təcrübəsi olmayan, helotları qaçmağa məcbur edən və ölkələrində inqilab dalğasından qorxan spartalılar ciddi şəkildə narahat olmağa başladılar. Afinalılara xəyanət etmə mövzusunda istəksiz olmalarına baxmayaraq, Afinaya nümayəndələr göndərməyə başladılar və Pilosla, məhbusları qorumağa çalışdılar. Hibrid müharibə təhdidi spartalıları buna məcbur etdi.

Bəzi tarixçilər İberiya lideri Viratus tərəfindən qədim Hispaniyada aparılmış kampaniya və yaxud general Sertoriusun b.e.ə. 2-ci, 3-cü əsrlərdə Roma Respublikasının qüvvələrinə qarşı əməliyyatlarında eyni mənşəli konsepsiya tapıblar. Hibrid müharibə elementləri həm də bir növ 17-18-ci əsrlərdə Avropa ordularında yüngül qoşunlar tərəfindən praktikadan keçirilən kəşfiyyat taktikası olan “la petite guerre” konsepsiyasında da sezilir.

Bu növ döyüşün bir neçə nümunəsi Amerika İnqilabında və Napoleon müharibələrində tapılıb. Biz 19-cu əsr ərzində baş vermiş daha xırda münaqişələrdə də hibrid müharibənin nümunələrini aşkarlaya bilərik. Məsələn, 1837–1940-cı illər arasında qvatemalalı konservativ, kəndli üsyanı lideri Rafael Karrera Mərkəzi Amerikanın Liberal və Federal hökumətinə qarşı uğurlu hərbi kampaniya həyata keçirdi. Bu kampaniyada klassik partizan taktikaları ilə ənənəvi əməliyyatları birləşdirən strategiya izləndi. Karreranın müharibəyə hibrid yanaşması ona daha çox saya və daha yaxşı silaha malik düşmənləri üzərində üstünlük qazandırdı.

Tarixin bizə göstərdiyi nümunə kimi, hibrid opponentlər çətin və adətən güclü kombinasiya formalaşdırırlar. Sadəcə olaraq, ənənəvi qüvvələrin mövcudluğu onlara qarşı kütləvi hərbi güc tələb edir, lakin belə etmək logistik həyati xətləri və mübahisəli əraziləri qiyamçılar, patrizanlar, digər qüvvələrə qarşı daha həssas edir. İkinci Dünya Müharibəsi ərzində Şərq Cəbhəsində Almaniya Quru Qoşunları minlərlə sovet partizanı və digər nizamsız qüvvələrin fəaliyyəti nəticəsində kommunikasiya xətlərində meydana gələn pozuntulardan əziyyət çəkdi. Minlərlə Sovet vətəndaşının kütləvi qırğınına baxmayaraq, Almaniyanın “Einsatzgruppen” SS polis bölmələrinin və digər təhlükəsizlik qüvvələrinin qəddarlığı partizanlara təzyiq edə bilmədi. Üstəlik Sovet ənənəvi qüvvələrinin gücündən dolayı “Vermaxt” (Almaniya Silahlı Qüvvələrinə verilən ad) arxa cəbhədəki təhdidlərin öhdəsindən gəlmək üçün lazım olan bölmələri oraya çıxara bilmədir.

Britaniya Baş naziri Uinston Çörçil də nizamlı hərbi əməliyyatlarda “Vermaxt”la döyüşmək üçün qaydasız qüvvələrin istifadə gücünü qəbul edirdi. 1940-cı ilin iyulunda o, Xüsusi Əməliyyatlar İdarəsi (XƏİ) adlı yeni təşkilat yaratdı. Sonrakı bir neçə il ərzində britaniyalı agentlər yerli müqavimət hərəkatlarına yardım etdilər, Britaniya təyyarələri partizan qüvvələrinə silah-sursat çatdırdı və XƏİ Qərbi Avropa, Balkanlarda nasist təsisatlarına təxribatda iştirak etdi. Sonda Britaniya sadəcə strateji bombardman, dəniz blokadası və Avropadakı qiyamların təşviqi kombinasiyasından istifadə etməklə müharibədə qalib gələ bilmədi. İstənilən halda müqavimət hərakatları Avropaya dönəndə Müttəfiq qüvvələrə əlavə güc təmin etdi. Onlar, xüsusilə Normandiya cəbhəsinə gedən Almaniya qüvvələrinin gecikdirilməsində faydalı olduqlarını göstərdilər.

Lakin hibrid müharibə sadəcə Qərb fenomeni deyil. 1937-1945-ci illər İkinci Çin-Yaponiya Müharibəsi də bunu göstərdi. Həmin vaxt Mao Tszedun və onun generalları həm simmetrik, həm də asimmetrik üslubda düşmənə hücum etmək üçün qaydalı və qaydasız qüvvələrin qarışığından istifadə etmək üzrə ekspert oldular. Aydın idi ki, Mao partizan və ənənəvi qüvvələri eyni prosesin tərkib hissəsi kimi görürdü.

Yaponların təslim olmasından sonra Maonun kommunist qüvvələri milliyyətçi düşmənlərinə qarşı da hibrid müharibə taktikalarından istifadə etdilər. Nizami kommunist diviziyaları çox yaxşı formada idilər. Onlar bunun təkcə Çində Çan Kayşinin milliyyətçi qüvvələrinə qarşı deyil, həm də 1950-ci ildə Koreyada ABŞ ordusuna qarşı nümayiş etdirdilər. Milliyyətçi ordu əslində kommunistlərdən sayca daha çox olsa da, yüz minlərlə partizanın tükəndirici mübarizəsi millətçi gücün əksəriyyətinin parçalanmasına gətirib çıxardı. Hibrid müharibə 1948-1949-cu illər kampaniyası ərzində Çindəki kritik nöqtələrdə Maonun qüvvələrinə üstünlük əldə etmə imkanı qazandırdı. Bu isə millətçilərin Tayvandan çıxarılması ilə nəticələndi. Çin Vətəndaş Müharibəsində kommunist qələbə düzgün coğrafi, tarixi və mədəni şərtlərdə hibrid müharibənin effektivliyini isbat etdi.

Bəzi hallar da var ki, müharibədə olan hər iki tərəf düşməninə qarşı hibrid müharibədən istifadə edib. Güman ki, buna ən yaxşı nümunə 1755-1763-cü illər ərzində Şimali Amerikada baş verən fransızlarla qırmızıdərililər arasında baş verən müharibədir. İlk vaxtlarda yerlilər arasındakı köməkçiləri və qeyri-ənənəvi metodlardan istifadə edən fransızlar üstünlük əldə etdilər. Lakin 1759-cu ildə hər iki tərəf Şimali Amerikada hökümdarlıq yarışında nizamlı hərbi qüvvə, kolonial silahlılar və yerli nizamsızların kombinasiyasından istifadə edirdi. Qırmızıdərili cəsuslar, amerikalı süvarilər və ingilis yüngül piyadalarının ənənəvi “Redcoat” batalyonunda öz yerlərini tutması ilə Fransız-Kanada metodlarına britaniyalı adaptasiyası Fransanı məğlubiyyətə məhkum etdi. Britaniyalı komandirlər, Ceyms Volf, Cefri Amherst bir qədər də irəli gedərək, yüngül piyadalar və atlıları Fransa-Kanada məntəqələrinə qarşı reyddə istifadə etdi. Beləliklə silahlılar öz ailələrini müdafiə etmək üçün mövqelərini tərk etdilər və mənəvi əhval-ruhiyyə pozuldu.

Fransız komandir Markez de Montkalm daha öncəki illərdə yerli və Fransız kanadalılar tərəfindən olduqca uğurlu şəkildə tətbiq edilən müharibə növündən imtina edərək öz qüvvələrini zəiflətdi. Əvəzində o, Britaniyaya ənənəvi müharibəyə daxil olma şansı təklif etdi. Bu müharibədə daha böyük batalyonu olan tərəf bütün üstünlükləri əldə edirdi. Öz rəqibləri üzərində konseptual və ya taktiki üstünlüyə sahib olmadan Kanada və Ohayo çayı vadisindəki 6 min nəfərlik Fransa ordusu 44 min nəfərlik Britaniya ordusu və müstəmləkə qüvvələrinə qarşı heç bir şansı yox idi. 1759-cu ildə ingilisləri Kvebeki tutması və növbəti il Monreala girməsi Fransanın məğlubiyyətini tezləşdirdi.

Qərb orduları 20-ci əsrdə də bəzən hibrid müharibədən istifadə edib. Birinci Dünya Müharibəsi zamanı Britaniyanın Osmanlıya qarşı apardığı kampaniya Böyük Şərif Hüseynin rəhbərliyi və kapitan T.E. Laurensin yardımı ilə baş tutan Ərəb qəbilələrinin üsyanından istifadə etdi. Ərəb qaydasız qüvvələri Hicaz dəmiryoluna qarşı fasiləsiz hücumlarla minlərlə Osmanlı əsgərini tükəndirdi və hərdən döyüş zamanı türk qüvvələrini məğlubiyyətə uğratdılar. Ərəb partizanları Osmanlının mövqelərinə dair kəşfiyyat məlumatları təmin etdilər və Türkiyənin təchizat sütunlarını pozdular. Laurens yazırdı ki, nizami əsgər konkret hədəfi olmayanda çarəsiz qalır. Osmanlı qüvvələrini Ərəbistan boyunca səpələmək, general Edmund Allenbinin Fələstində türk qüvvələrə qarşı kampaniyasına da kömək etdi.

Soyuq Müharibənin başa çatması təkqütblü sistem yaratdı və ənənəvi münaqişələr, regional konfliktlər, təhdidləri yenidən qızışdırdı. Yeni olan şeysə, qeyri-dövlət aktorların təkmilləşməsi və ölümcüllüyüdür. Bu aktorlar texnoloji olaraq qabaqcıl silahlarla təchiz olundular. Bu silahları isə artıq ucuz qiymətə əldə etmək mümkündür. Eynilə kommersial texnologiyalar, mobil telefonlar, rəqəmsal şəbəkələr də döyüş meydanına uyğunlaşdırıldı. Daha bir element isə qeyri-dövlət aktorların müasir sistemlər içində müqavimət göstərmə qabiliyyətidir.

İstənilən halda, 21-ci əsr müharibəsi nizamlı və nizamsız qüvvələri eyni döyüş meydanında birləşdirən, görünüş olaraq bir-birinə bənzəməyən formalara çevrilir. Bəzi müdafiə analitikləri buna görə də yeni növ müharibəyə dair həyəcan təbili çalırlar – Hibrid Müharibə.

Soyuq Müharibə dövründə meydana gələn yeni şərtlər, əldə edilən texnoloji üstünlüklər və digər nailiyyətlər öz növbəsində hibrid müharibəyə yeni forma verdi. Bu səbəbdən dolayı müasir və qədim dövr hibrid müharibələrini bir-birindən ayırarkən Soyuq Müharibə dövrünün meydana gətirdiyi taktikaları öyrənmək zəruridir. Bu isə üçüncü yazımızın mövzusunu təşkil edəcək.

Ağalar Ağalarlı
Yazı Ordu.az-a məxsusdur

Teqlər: Hibrid-Müharibə   Tarix  

Dünya tarixində Hibrid Müharibə FAKTORU (II Yazı)

2018/10/1024p-9235031400.jpg
Oxunub: 6852     15:51     10 Oktyabr 2018    