Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistanın Sünik vilayətinin sabiq qubernatoru Surik Xaçatryanın oğlanlarının hərbi xidmətdən yayınması barədə məlumatlar ortaya çıxıb.
Nəticədə, Tiqran və Trtad Xaçatryanlara qarşı hərbi xidmətdən boyun qaçırma məqsədilə sənədlərin saxtalaşdırılması ittihamı ilə cinayət işi qaldırılıb. Onlardan biri, Trdat, hətta orduda xidmət etməyə hazır olduğunu söyləyərək açıq məktub göndərib.
Lakin Ermənistanda bənzər hərbi xidmətdən yayınanların yalnız Surik Xaçatryanın oğullarından ibarət olmadığı sirr deyil. Məsələn, Artur Baqdasaryanın oğlu da ordu da xidmət etməyib. Əlbəttə, onlar təhsil möhləti bəhanəsi altında, sonra dissertasiya müdafiə etməsi adı altında hərbi xidmətdən azad ediblər.
Maraqlıdır ki, Ermənistanın yeni hökuməti Artur Baqdasaryanın oğlunun necə möhlət hüququ aldığını aşkar etmək üçün onun sənədlərini qaldırıb baxacaqmı?!
Alpər Mövludoğlu
Ordu.az