Ermənistan Qafan hava limanını bərpa edə bilmir

2018/08/45654_1533801162.jpg
Oxunub: 611     11:50     09 Avqust 2018    
Ermənistan müdafiə nazirliyinin bazasında olan Qafan hava limanının istismara verilməsi ləngiyir.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistanda Qafan hava limanının iyun-iyul aylarında istismara verilməsi nəzərdə tutulsa da, inşaat işləri hələ də davam edir. Hazırda hava limanının binasının inşaası, uçuş zolağının asfalt örtüyünün döşənməsi kimi işlər davam etdirilir.

Yerli fəhlələrdən birinin bildirdiyinə görə, hava limanının istismara verilməsi 18 ay müddətinə təxirə salınıb.

Qeyd edək ki, hava limanı 1972-ci ildə istismara verilib. 1990-cı illərdən fəaliyyətini dayandırıb. 2017-ci ildə yenidən bərpa işlərinə başlanılıb. Hava limanının inşaası, bərpası işləri Zəngəzur mis molibden kombinatı və Sünik vilayətinin inkişafı fondu tərəfindən maliyyələşdirilir. Qoyulacaq sərmayənin həcminin 2 milyon dollar olduğu qeyd edilirdi. Ancaq getdikcə bu rəqəmin artaraq, 2.5 milyon dollara catdığı bildirildi.

Bundan başqa Zəngəzur mis molibden kombinatının vəsaiti hesabına 5.5 milyon avro dəyərində Çexiya istehsalı olan “L-410” markalı 19 yerlik təyyarə alınıb. Sünik vilayətində əlavə olaraq, Sisian, Meğri və Gorus şəhərlərində də hava limanı olduğu qeyd edilir. Bu hava limanları Ermənistan müdafiə nazirliyinin balansındadır. Bildirilir ki, Sisian və Gorus hava limanlarının siyasi baxımıdan müdafiə nazirliyinin balansında qalması və hərbi məqsədlər üçün istismar edilməsi məqsədəuyğundur.

Keçmiş hakimiyyət tərəfindən Qafan hava limanı üçün nəzərdə tutulan "L-410UVP-E20" təyyarəsinin mart ayında gətirilməsi nəzərdə tutulsa da, hələ də Ermənistana gətirilməyib. Lakin iyunun 5-də təyyarənin EK-4104 adı altında erməni qeydiyyatından keçdiyi bildirilir. Təyyarəni istismnar edən şirkət öncədən bildirildiyi kimi “Atlantis” şirkəti deyil, “Mars Avia” şirkəti göstərilib. Bu şirkət havadaşımaları üzrə ixtisaslaşmış olsa da, əsas fəaliyyət zonası Afrika ölkələridir.

Ermənistan mülki aviasiya komitəsinin məlumatına görə, hazırda “Mars Avia” şirkətinin balansında 11 təyyarə var və bu təyyarələrdən yalnız indiki “L-410” modeli postsovet istehsalı deyil. Şirkətin balansında olan digər təyyarələr Ukraynanın “Antonov” şirkətinin istehsalı olan AN-26, AN-28, AN-32, AN-72 və AN-74 təyyarələridir.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Ermənistan   Qafan   Hava-limanı  

Xəbər lenti

Ermənistan Qafan hava limanını bərpa edə bilmir

2018/08/45654_1533801162.jpg
Oxunub: 612     11:50     09 Avqust 2018    