Ordu.az xəbər verir ki, avtomobil yolkənarı dəmir maneələrə çırpılaraq 150 m-dək məsafədə bir neçə dövrə vurmaqla dərəyə yuvarlanıb.
Məlumata görə, qəza nəticəsində sürücü A.Qriqoryan hadisə yerində ölüb. Onun meyiti avtomobildən xilasedicilər tərəfindən çıxarılıb.
Hadisə yerinə Ermənistan müdafiə nazirliyinin hərbi polis idarəsinin Vanadzor şöbəsinin əməliyyat qrupu cəlb edilib. Ölən Qriqoryan Ermənistan ordusunun mayor rütbəli, avtotexniki hissə rəisi olub.
Hazırda hərbi istintaq baş idarəsinin 7-ci qarnizon istintaq şöbəsi tərəfindən araşdırma aparılır.
Ordu.az
Alpər Mövludoğlu
Ordu.az