Ordu.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildiriblər.
Qeyd olunub ki, erməni tərəfinin yaydığı məlumat həqiqətə uyğun deyil, yalandır və düşmənin növbəti təxribatıdır: "Yayılan məlumat avqustun 6-da Ermənistan silahlı qüvvələrinin mövqelərinin birində, blindajda partlayışın baş verməsi barədə tərəfimizdən verilən məlumata düşmənin uğursuz cavab cəhdidir. Bölmələrimiz əməliyyat şəraitinə tam nəzarət edir".
Ordu.az