Müdafiə Sənayesi Nazirliyindən
Ordu.az-a verilən xəbərə görə, Yəhya Musayev Azərbaycan ilə Misir arasında müxtəlif sahələrdəki əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə olduğunu vurğulayıb. Nazir müavini Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti barədə nümayəndə heyətinə ətraflı məlumat verilib.
Səmimi keçən görüşdə iki ölkə arasında müdafiə sənayesi üzrə əməkdaşlığın istiqamətləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib. Nümayəndə heyətinin başçısı Tarek Saadzagloul Tolba qəbula görə minnətdarlığını bildirib. Görüşdə Misirin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Adel İbrahim də iştirak edib.
Səfər çərçivəsində nümayəndə heyəti Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində olub və istehsal prosesini yaxından izləyib.
Ordu.az