Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, onlar baş nazir Nikol Paşinyanla görüş tələb edirlər.
Aksiya iştirakçıları bildirirlər ki, ali təhsil müəssisəsinə qəbul olunduqdan, mütəxəssis olmaq üçün 6 il möhlət hüququ əldə edərək təhsil aldıqdan sonra leytenant rütbəsi ilə orduya xidmətə getməlidirlər.
Lakin Ermənistan müdafiə nazirliyi onlara leytenant hərbi rütbəsi verərərək orduya çağırmaq üçün hazırda müvafiq ştat vahidlərinin olmadığını bildirir.
Tələbələrə təklif edilib ki, hərbi xidmətdən hesab olunacaq daha bir il təhsil alsınlar və iki il müddətinə hərbi xidmət keçsinlər.
Tələbələr bu barədə öncədən xəbərdar edilmədiklərinə və həyatlarından 1 il itirəcəklərinə görə etiraz edirlər. Onlar müvafiq vəzifəli şəxlərlə görüşsələr də, problemlərinin həll edilmədiyini qeyd edirlər.
Hüquqlarının bərpa olunması istiqamətində bütün qanuni yollarla mübarizə aparacaqlarını qeyd edən tələbələr zabit kimi orduya çağırılma hüquqlarının olduğunu bildirirlər.
Alpər Mövludoğlu
Ordu.az