Tovuzda 2 nəfər minaya düşüb

2018/08/Снимок_1533648793.png
Oxunub: 2767     18:44     07 Avqust 2018    
Tovuz rayonunda iki nəfər mülki şəxs minaya düşüb.


Ordu.az xəbər verir ki, hadisə Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttinin Tovuz rayonunun Əlibəyli kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, həmin kəndin sakinləri, 24 yaşlı Mehdiyev Elşad Vidadi oğlu və 14 yaşlı Hüseynov Elgün Fərid oğlu minaya düşərək ağır bədən xəsarətləri alıblar. Yaralılar Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Qeyd edək ki, həmin ərazidə müvafiq nişanlar quraşdırılıb və əhaliyə həmin ərazilərə keçməmək barədə xəbərdarlıq edilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tovuz   Mina  


Bizi "telegram"da izləyin