Şəhid və əlil ailələrinə 20 milyon manat ayrıldı

2018/08/ilham-1533223130_1533227093.jpg
Oxunub: 1890     22:07     02 Avqust 2018    
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.

Ordu.az xəbər verir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Prezidentin 2014-cü il 20 iyun tarixli 569 nömrəli sərəncamının 1-ci hissəsinin icrası ilə əlaqədar, 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 20 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə bu sərəncamda məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabineti bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şəhid   Prezident   Yardım  


Bizi "telegram"da izləyin