Ermənistanda yeni oyuncaq məqsədli PUA yaradılıb

2018/08/657567_1533211343.jpg
Oxunub: 1735     19:58     02 Avqust 2018    
"Digər adi mülki təyinatlı PUA-lar ən çox 20-30 dəqiqə havada uçursa, bu yeni qurğu 2,5 saat 80 km/saat sürətlə havada uçuş etmə qabiliyyətinə malikdir".

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu erməni mühəndis Baqrat Raşoyan deyib.

Məlumata görə, Raşoyan 9 yaşınadək Ermənistanda yaşayıb, daha sonra ailəsi ilə birlikdə Mançesterə köçüb və təhsil aldıqdan sonra Ermənistana qayıdıb.

Onun sözlərinə görə, artıq 3 ildir öz "Aerospace startap" layihəsi üzərində PUA-ların yaradılması sahəsində çalışır.

O iddia edir ki, PUA-lar kvadrakopterdən fərqli olaraq, daha çox təyyarəyə oxşayır və hələ ki mülki təyinatlı modellər hazırlayır.

"Bu PUA-lara müxtəlif təyinatlı sensorlar quraşdırıla bilər. 80 km/saat sürət və 2.5 saatadək havada uçuşetmə qabiliyyətinə malikdir. Geri dönüş və qalxma zamanı istiqamətləndirmək mümkündür. Bu model -25+40 dərəcədə iş qabiliyyətlidir. Hələlik 3-cü modeli hazırlanıb", - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   PUA  


Bizi "telegram"da izləyin