“Dəniz kuboku-2018” müsabiqəsinin ilk epizodu yerinə yetirilib - FOTOLAR+VİDEO

2018/08/bea0665a8b02321289f16c4a666098cc_1533204236.jpg
Oxunub: 1566     17:30     02 Avqust 2018    
“Dəniz kuboku-2018” müsabiqəsində iştirak edən Azərbaycan, Rusiya, İran və Qazaxıstanın hərbi gəmilərinin heyətləri yarış çərçivəsində müəyyən olunmuş birinci mərhələnin ilk epizodunu yerinə yetiriblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, hərbi dənizçilər “Dəniz hazırlığı” üzrə yarışda gəminin lövbərə və çəlləyə durması tapşırıqlarını icra ediblər. Mərhələnin sonunda hakimlər briqadasının yekun qərarına əsasən bu epizodun qalibləri müəyyən olunacaq.

Növbəti mərhələdə “Təlim məşq kompleksində suyun daxil olmasına qarşı mübarizə yarışı” üzrə ikinci epizodu yerinə yetirmək üçün hərbi dənizçilər bacarıqlarını nümayiş edəcəklər.








Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Dəniz-Kuboku-2018   Azərbaycan   Rusiya  


Bizi "telegram"da izləyin