Düşmən ordusunda hərbi xidmət dövründə 9320 hərbi qulluqçu əlil olub - HESABAT

2018/08/13_1515498978_1529908605_1533204272.jpg
Oxunub: 3862     17:54     02 Avqust 2018    
Ermənistan ordusunda hərbi xidmət dövründə 9320 hərbi qulluqçu əlil olub.

Ordu.az xəbər verir ki, Ermənistanın əmək və sosial məslələr üzrə nazirliyinin sosial tibbi ekspertiza agentliyinin 1 iyul 2018-ci ilədək olan məlumatına görə, Ermənistanın əmək və sosial məslələr üzrə nazirliyinin elektron bazasındakı əllilik reyestrində 188 min 51 əlil qeydə alınıb.

Qeydiyyatda olan əlillərin kateqoriyası belədir:

- 73 min 267 nəfər təqaüd və daha yuxarı yaşlı olanlar;

- 83 min 319 nəfər təqaüd yaşınadək olanlar;

- 23 min 260 nəfər 18 yaşdan-40 yaşınadək olanlar;

- 8205 nəfər isə az yaşlı olanlar.

Bundan başqa 188 min 51 əlildən 90 min 76 nəfəri qadındır. Hərbi xidmət zamanı 9320 nəfər əlil olub. Bunlardan 3340 nəfər təmas xəttində olarkən, 4 min nəfər hərbi xidmət zamanı, 668 nəfər hərbi tapşırıqları yerinə yetirərkən, 306 nəfər II Dünya Müharibəsi və digər ölkələrdə döyüş əməliyyatları zamanı əlil olub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Əlil  


Bizi "telegram"da izləyin