Tramp Administrasiyası: KXDR-in “raket həmlələri” sülhü təhdid etmir

2018/08/456456_1533107763.jpg
Oxunub: 2653     15:14     01 Avqust 2018    
“Şimali Koreyanın raket təkmilləşdirmə işləri ilə bağlı yayılan xəbərlər Ağ Ev administrasiyasının imicinə qara ləkə vurmaq məqsədi güdür”

Ordu.az “Fox News”a istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı ABŞ Prezident Administrasiyasının ali müşaviri Kellian Konvey bildirib.

O qeyd edib ki, KXDR-in raket təkmilləşdirmə proqramları, hətta bu proqramları üzərində aktiv fəaliyyətin görülməsi ilə bağlı heç bir fakt yoxdur.

“Biz dərhal Şimali Koreya prezident administrasiyası ilə əlaqə saxladıq. Onlar bizə tam əsaslı şəkildə izah etdilər ki, bununla bağlı irəli sürülən iddiaların heç bir əsası yoxdur. Aparılan bu kampaniyanın yeganə məqsədi Ağ Evin apardığı siyasətin uğursuz olmasını təlqin etməkdir. Hər kəs rahat ola bilər. Dəyişən bir şey yoxdur. Şimali Koreyanın dırnaqarası raket həmlələri sülhü təhdid etmir”, - deyə müşavir bildirib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KXDR   ABŞ  


Bizi "telegram"da izləyin