Ordu.az xəbər verir ki, erməni siyasətçilər Leonid Nersisyan və Stepan Qriqoryan "Araçin lratvakan" xəbər agentliyinə verdikləri müsahibədə, Moskvada KTMT-nin baş katibi Yuri Xaçaturovun dəyişdirilməsi prosesinin başlanmasına dair İrəvanın bəyanatının qeyri-peşəkar adlandırılması barədə TASS-ın yaydığı məlumatı müzakirə ediblər.
L. Nersisyanın sözlərinə görə, Xaçaturovla bağlı cinayət işi qaldırılıb, lakin hələ də KTMT-yə rəhbərlik edir.
"KTMT-nin belə bir qalmaqala düşməsi Rusiyanın xoşuna gəlmir. Rusiya düşünür ki, ilk növbədə KTMT sədrinin vəzifəsindən Xaçaturov geri çağırılmalı, sonra bütün bunlar başlamalı idi", - deyə o bildirib.
Qriqoryan deyib ki, Rusiya əvvəlki Ermənistan hakimiyyətinin həmişə "cizgiləri çəkilmiş" olmasına alışmışdı. Onun sözlərinə görə, Xaçaturov Rusiyanın razılığı ilə təyin edilib.
"Rusiya Ermənistana yeni hakimiyyətin gəldiyini və suverenliyik hüquqlarımızı qəbul edib, uyğunlaşa bilmir. Bu dəfə Ermənistanın namizədini onunla razılaşdırmadan irəli sürəcəyi Rusiyanı təəcübləndirəcək və bu Rusiyanı qıcıqlandıracaq", - deyə erməni politoloq qeyd edib.
O, Xaçaturovun geri çağırılmasının zəruri olduğunu, onun Rusiyanın əmrlərini yerinə yetirdiyini vurğulayıb: "Xaçaturovun adı 1 martdan başqa, 2016-cı il aprel hadisələrinə də bağlıdır. Xatırladım ki, Xaçaturov həmin vaxt baş qərargahın rəhbəri idi və ondan başqa bir neçə general bu hadisə ilə bağlı məsuliyyət daşıyırlar. Həmin generallar və Ermənistan müdafiə naziri 2016-cı ilin aprelində cəza tədbirlərinin görülməsi üçün niyə əmr vermədiklərinə görə məsuliyyət daşıyırlar. Mən Xaçaturovun Rusiya üçün xüsusi əhəmiyyət kəsb etdiyini istisna etmirəm, çünki onların əmrini yerinə yetirmiş ola bilər.
Xaçaturov köhnə hakimiyyətlərin və qədim düşüncənin parlaq bir nümayəndəsidir. O, həmçinin Moskvanı öz vətəni hesab edir, Ermənistan hakimiyyəti dəyişib və KTMT-də öz köhnə zehniyyəti ilə işləyə bilməz".