Ermənistan NATO təlimlərində iştirak edəcək: Moskvanın sürpriz cavabı nə olacaq? (ANALİZ)

2018/07/7567_1533023461.jpg
Oxunub: 5135     17:54     31 İyul 2018    
Ayın ikinci yarısında Rusiya prezidenti Vladimir Putin Rusiya Federasiyası səfirləri və daimi nümayəndələri ilə keçirdiyi görüşdə bəyan etdi ki, Rusiya NATO tərəfindən aqressiv addımlara qarşı layiqli cavab verəcək. NATO-ya üzv olmaq istəyən ölkələr, o cümlədən Ukrayna və Gürcüstan bu cür siyasətin nəticələrini dərk etməlidirlər.

“Rusiya üçün birbaşa təhdid olan bu cür aqressiv addımlara qarşı layiqli qaydada cavab veriləcək. Gürcüstan və Ukrayna da daxil olmaqla, Şimali Atlantika Alyansına üzv olmaq istəyən tərəfdaşlarımız belə məsuliyyətsiz siyasətin nəticələrini düşünsəydilər, düzgün bir iş görərdilər", - deyə Putin kəskin şəkildə bildirib.

Putin, NATO-nun Rusiya sərhədlərinə yaxınlaşmasını milli təhlükəsizlik üçün birbaşa təhlükə olduğunu vurğuladı. Əlbəttə ki, sabahdan etibarən Ukrayna və Gürcüstan NATO üzvlərinə çevrilməyəcək, lakin təşkilatın hər bir zirvə görüşündən sonra Ukrayna və Gürcüstanın aktuallığı meydana çıxır və Qərblə Rusiya arasında yeni qarşıdurma yaranır. Bu təbii bir reaksiyadır. Gürcüstan və Ukraynanın NATO-ya üzvlüyünə dair konkret bir tarix müəyyən etməməsinə baxmayaraq, bu postsovet məkanının NATO ilə sıx əməkdaşlıq etdiyi platformalar getdikcə daha çox bölgəni inteqrasiya formatında əks etdirir. Gürcüstan Müdafiə Nazirliyi Vladimir Putinin hərbi çağırışlı çıxışından sonra maraqlı məlumatlar yayımladı.

Avqustun 1-15-dək Gürcüstanda bir sıra NATO üzv ölkələrinin iştirakı ilə "Layiqli tərəfdaş - 2018" çoxmillətli təlimlər keçiriləcək .

İlk öncə Gürcüstan müdafiə nazirliyi, daha sonra Ermənistan müdafiə nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Hovhannisyanın da təsdiqlədiyi məlumata görə, təlimlərdə Ermənistan da iştirak edəcək. Məlumata görə, bu il təlimlər təxminən 3 min hərbçinin iştirakı ilə "Güc tərəfdaşlıqdadır" şüarı ilə keçiriləcək. Təlimlərdə Gürcüstan, ABŞ, Böyük Britaniya, Almaniya, Estoniya, Fransa, Litva, Polşa, Norveç, Türkiyə, Ukrayna, Azərbaycan və Ermənistan iştirak edəcək. Rəsmilər qeyd edirlər ki, təlimlərdə ABŞ hava qüvvələri və alman zirehli vasitələri də təmsil olunacaq.

Qeyd edək ki, artıq dördüncü dəfədir ki, Gürcüstanda "Layiqli tərəfdaş" təlimləri keçirilir. Təlimlərdə iştirak edən on üç ölkənin doqquzu NATO üzvüdür. Gürcüstan və Ukrayna təlimlərdə NATO-ya üzv olmaq istəyən dövlət kimi çıxış edi. Təlimlərdə iştirak edəcək ölkəmiz isə məlum olduğu kimi heç bir hərbi blokun üzvü deyil və yalnız tərəfdaş qismində iştirakçıdır.

Azərbaycandan fərqli olaraq, Ermənistan təlimlərdə KTMT üzvü, üstəlik təşkilatın baş katibliyini daşıyan "rəqib" ölkə kimi iştirak edəcək. Düşünürəm ki, Putin "əldən çıxmış" Gürcüstan və Ukraynadansa, xəyanətkar Ermənistanla xüsusi məşğul olmalıdır.

Xatırladaq ki, ötən il Ermənistan çox çək-çevirdən sonra son anda NATO-nun himayəsi altında Gürcüstandakı təlimlərə qatılmaqdan imtina etdi. Sarkisyanın hakimiyyət dövründən fərqli olaraq, bu il Ermənistan-Rusiya münasibətləri, o cümlədən NATO-Rusiya münasibətləri daha da gərginləşib.

Rusiya bir tərəfdən Gürcüstanla, digər tərəfdən Ukrayna ilə düşmən münasibətdədir. Əgər, Putin NATO ilə bu iki ölkənin arasındakı münasibətlərə dair belə bir tonda danışırsa, hazırda Moskvada Ermənistana qarşı necə haqlı əhval-ruhiyyənin olduğu məlum olar.

Paşinyan NATO-nun zirvə toplantısında iştirak etdi. Bununla yanaşı, Ermənistan 10 gün ərzində Gürcüstanda başlayan "Layiqli tərəfdaş - 2018" təlimində iştirak edəcək yeganə KTMT üzvü olan (üstəlik baş katiblik daşıyan) ölkədir.

Yaxın Şərq və Qafqaz üzrə rusiyalı ekspert Stanislav Tarasov Panik kəndi hadisəsini, Nikol Paşinyanın reaksiyası və Ermənistanın NATO-nun hərbi təlimlərinə cəlb edilməsi faktını bir-biri ilə əlaqələndirib: "Paşinyan belə yüksək bəyanatlar vermədən və baş verənləri təxribat kimi qiymətləndirmədən öncə rahat şəkildə bu hadisəyə reaksiya (Panik hadisəsi) verə bilərdi. Biz Ermənistanın Rusiyaya qarşı NATO təlimlərində iştirakını təxribat hesab edirikmi? Qoy Paşinyan Ermənistandakı Rusiya əsgərlərinin varlığı məsələsini qaldırsın və qoy onu türklər, azərbaycanlılar və onun qərbli həmkarları müdafiə etsinlər".

Tarasov Ermənistanın təxribatçı addımlarını, qanuni həyat yoldaşının başqa bir sevgiliyə sahib olması ilə müqayisə edib.

“Bu, bir insanın qanuni bir həyat yoldaşının olması və NATO simasında bir sevgiliyə sahib olmasına bənzəyir. Bu yalnız bir xəstə beyin tərəfindən təsəvvür edilə bilər. Bəli, baş verən taktik manevrlər var, sözsüz belə hallar baş verir, amma ikili standartlar oynamaq?! Amma bağışlayın, bilirsiz, Paşinyanın və onun qrupunun maraqlarını hərbçilərimizin hesabına qorumağa o qədər də maraqlı deyilik", - Stanislav Tarasov deyib.

Trasovun bu açıqlamasından sonra bir çox erməni ekspertlər, bunu rəsmi Moskva tərəfindən Ermənistanın daxili işlərinə müdaxilə olaraq qiymətləndirdilər. Lakin faktiki olaraq, baş verən proseslər Ermənistanın baş katibi olduğu KTMT təşkilatı tərkibində təxribatçı funksiya icra etdiyini və müttəfiqlərini satdığını sübut edir.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: NATO   Ermənistan   KTMT   Rusiya  

Ermənistan NATO təlimlərində iştirak edəcək: Moskvanın sürpriz cavabı nə olacaq? (ANALİZ)

2018/07/7567_1533023461.jpg
Oxunub: 5136     17:54     31 İyul 2018    