Cənubi Koreyanı hərbi danışıqlarda kim təmsil edəcək? – TEZLİKLƏ

2018/06/456_1528701109.jpg
Oxunub: 2505     15:07     11 İyun 2018    
Cənubi Koreya Şimali Koreya ilə hərbi müzakirələrdə iştirak edəcək heyətin tərkibini tezliklə açıqlayacaq.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı Cənubi Koreyanın Müdafiə Nazirliyinin Mətbuat katibi, xanım Çoi Hyun-So bildirib.

O, iyunun 14-də Şimali Koreyanın Tonqilkak şəhərində keçiriləcək görüşdə hərbi məsələlər üzrə danışıqların aparılması üçün iştirak edəcək nümayəndə heyətinin tərkibinin təxmini olaraq müəyyənləşdirildiyini bildirib.

“Buna baxmayaraq elan edilməzdən əvvəl siyahı Baş nazirə göndəriləcək və Baş nazirin təsdiqindən sonra heyətin tərkibi ilə bağlı rəsmi açıqlama veriləcək”, - deyə o sözlərinə əlavə edib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cənubi-Koreya   Danışıqlar  


Bizi "telegram"da izləyin