Tramp NATO Sammiti ilə əlaqədar Brüsselə səfər edəcək

2018/06/06498465165_1528353018.jpg
Oxunub: 2126     14:30     07 İyun 2018    
ABŞ prezidenti Donald Tramp qarşıdan gələn NATO sammitinə qatılmaq məqsədilə iyulda Belçikanın paytaxtı Brüsselə səfər etməyi planlaşdırır.

Ordu.az “Bloomberg”ə istinadən xəbər verir ki, bu barədə Ağ Evdən olan iki adı çəkilməyən rəsmi bildirib.

NATO-nun sammiti 11-12 iyul tarixlərində baş tutacaq. Bu vaxta qədər Ağ Evin mətbuat xidməti Trampın iyulun 13-də Birləşmiş Krallığa səfər edəcəyi ilə bağlı bəyanat yayıb.

Ötən ay Ağ Evdə olan NATO Baş katibi Yens Stoltenberq iyuldakı sammitin həm NATO-nun əhəmiyyətindən danışaraq, onun həm maraqlı, həm də həyəcanlı olacağını qeyd edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   NATO   Tramp  


Bizi "telegram"da izləyin