Pompeo və Pakistan BQ rəisi Əfqanıstanı müzakirə edib

2018/06/48974984984_1528350191.jpg
Oxunub: 4141     13:44     07 İyun 2018    
ABŞ Xarici İşlər naziri Mayk Pompeo Pakistanın Baş Qərargah rəisi general Qəmər Caved Bəcva ilə telefon danışığı həyata keçirib.

Ordu.az “Fox News”a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Hezer Noyert bəyan edib.

Noyertin sözlərinə görə, tərəflər ABŞ-Pakistan əlaqələrini və Əfqanıstanda siyasi uzlaşma imkanlarını müzakirə edib.

Həmçinin Pompeo və Bəcva Cənubi Asiyada fəaliyyət göstərən terrorçu qrupların heç bir fərq qoyulmadan hədəf alınmasının zəruriliyini qəbul ediblər.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Pakistan   Əfqanıstan  


Bizi "telegram"da izləyin