“Trampda qlobal liderlik keyfiyyətlərinin olmaması ciddi təhlükədir” - Rasmussen

2018/06/34563611_2555759127983573_7014144647677083648_n_1528307738.jpg
Oxunub: 3070     02:29     07 İyun 2018    
“ABŞ prezidenti Donald Tramp səlahiyyətlərinin icrasına başladığı andan bu yana dünyanı daha təhlükəli bir yerə çevirib”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu fikirləri NATO-nun keçmiş baş katibi Andres Foq Rasmussen bildirib.

O qeyd edib ki, ABŞ prezidenti nəinki ABŞ-da həm də dünyanda sülhün və demokratiyanın qorunmasında ən önəmli şəxsdir. Lakin hazırkı ABŞ prezidenti atdığı addımların ardından bunun tamamilə əksini bizə göstərir.

“Trampın qlobal liderlik keyfiyyətlərinə sahib olmaması dünyanı ciddi təhdidlə qarşı-qarşıya qoyur”, - deyə o sözlərinə əlavə edib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Rasmussen   ABŞ   təhdid  


Bizi "telegram"da izləyin