Azərbaycan və Türkiyə arasında birgə hərbi təlimlər keçiriləcək

2018/05/2111_1526367793.jpg
Oxunub: 3422     15:01     15 May 2018    
Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu və Türkiyə hərbçiləri araslbda birgə təlimlər keçiriləcək.

Ordu.az xəbər verir ki, Azərbaycan və Türkiyə arasında imzalanan hərbi əməkdaşlıq haqqında sazişə uyğun olaraq, mayın 29-dan 31-dək Qars şəhərində Türkiyə-Azərbaycan döyüş atışlı birgə təlim olacaq.

Qeyd edək ki, dünən bununla əlaqədar olaraq Naxçıvan Muxtar Respubliaksında yerləşən “Ümid” körpüsündə Azərbaycan və Türkiyə dövlət bayraqlarının dəyişmə mərasimi olub. Bayraqların dəyişdirilməsi mərasimində Azərbaycan və Türkiyə respublikalarının dövlət himnləri səsləndirilib. Bayraq dəyişmə mərasimi başa çatdıqdan sonra Əlahiddə Ümumqoşun Ordunun Türkiyə-Azərbaycan döyüş atışlı birgə tabor tapşırıq qüvvəsi təliminə cəlb edilən şəxsi heyət və hərbi texnikaları Qars şəhərinə yola salınıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Türkiyə   Hərbi-təlim  


Bizi "telegram"da izləyin