MOİK idmançıları güləş üzrə hərbçilərin dünya çempionatında iştirak edəcək

2018/05/IMG-20180514-WA0000_1526282417.jpg
Oxunub: 3449     15:19     14 May 2018    
Mərkəzi Ordu İdman Klubunun (MOİK) idmançıları mayın 14-dən 20-dək Rusiya Federasiyasının Moskva şəhərində hərbçilər arasında güləşin sərbəst və Yunan-roma növləri üzrə keçirilən 33-cü dünya çempionatında iştirak edəcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, növbəti dəfə dünya arenasında uğur qazanmaq üçün MOİK yarışlara klubun rəisi, Beynəlxalq Hərbi İdman Şurasında (CİSM) Azərbaycan nümayəndə heyətinin rəhbəri polkovnik-leytenant Rəşad Quliyevin rəhbərliyi ilə qatılıb.


Yüksək səvviyyəli yarışlara pəhləvanlarımızı beynəlxalq dərəcəli idman ustası, Əməkdar məşqçi, hərbçilərin Olimpiya oyunlarının qızıl medal mükafatçısı, hərbçilər arasında keçirilən XXX Dünya çempionatının qızıl medal mükafatçısı mayor Nazim Əlicanov və beynəlxalq dərəcəli idman ustası, hərbçilər arasında keçirilən Avropa və Dünya birinciliklərinin 4 qat qalibi, hərbçilər arasında II Olimpiya oyunlarının gümüş mükafatçısı mayor Taleh İsrafilov hazırlayıb.

Həmçinin Mərkəzi Ordu İdman Klubu komandasının tərkibində 3 qadın güləşçimiz də sərbəst güləş növündə mübarizə aparacaqdır.

Qeyd edək ki, çempionatda iştirak edəcək komandamızın tərkibində Dünya və Avropa çempionları, eləcə də Olimpiya oyunlarının, Respublika birinciliklərinin qalibi olan idmançılar əksəriyyət təşkil edir.

Həmçinin komandamızın tərkibində beynəlxalq dərəcəli hakimlər Elman İsmayılov və Sədi Quliyev də Moskvaya yola düşüblər.

Komandamıza uğurlar qazanaraq yüksək nəticələrlə Vətənə dönmələrini arzu edirik.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Müdafiə-Nazirliyi   MOİK  


Bizi "telegram"da izləyin