Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Şimali Vəziristanın mərkəzi şəhəri Miranşahda yerləşən polis rəsmisi bildirib.
Onun sözlərinə görə, bomba zərərsizləşdirmə manqasının üzvləri təhlükəsizlik qüvvələrinin keçidi üçün yolu təmizləyərkən terrorçuların hücumuna məruz qalıb. Əfqanıstanın Paktika vilayətindən hücum edən terrorçular 6 əsgəri qətlə yetirib, 1 nəfəri isə yaralayıb.
O, əsgərlərin terrorçulara cavab verdiyini və qarşıdurmada onların da bir sıra itkilər verdiyini bildirib. Lakin terrorçuların məruz qaldığı itkilər barədə dəqiq məlumat yoxdur.
Hələlik heç bir qruplaşma hücuma görə məsuliyyəti öz üzərinə götürməyib.
Ağalar Ağalarlı
Ordu.az