İŞİD İraqda hücum edib: 6 ölü, 2 yaralı

2018/05/8945116_1526120243.jpg
Oxunub: 2932     18:17     12 May 2018    
Bu gün parlament seçkilərinin keçirildiyi İraqın Kərkük vilayətində İŞİD terrorçuları təhlükəsizlik qüvvələrinə hücum edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə hadisə şahidləri bildirib.

Onların sözlərinə görə, silahlı şəxslər Kərkükdən 35 kilometr cənub-qərbdə yerləşən Saduniyə kəndi yaxınlığındakı polis bölməsinə hücum ediblər.

Hücum nəticəsində dördü polis, ikisi “Həşd əl-Şəbi” üzvü olmaqla altı nəfər həlak olub, iki nəfər isə yaralanıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İŞİD   İraq   Kərkük  


Bizi "telegram"da izləyin