Rusiya bombarmançıları Şimal Buzlu okeanında uçuşlar keçirib

2018/05/2042_1526115551.jpg
Oxunub: 4477     17:58     12 May 2018    
Rusiya Aerokosmik Qüvvələrinin Tu-95MS strateji bombardmançıları Şimal Buzlu okeanı üzərində plan uçuşları həyata keçirib.

Ordu.az “İnterfax” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən olan mənbələr məlumat yayıb.

“Rusiya Aerokosmik Qüvvələrinin Tu-95MS strateji raket daşıyıcıları və Tu-142 uzaqmənzilli qayıq əleyhinə təyyarələri Şimal Buzlu okeanının neytral suları, Berinq və Oxot dənizləri üzərində plan uçuşları həyata keçirib”, - deyə məlumatda bildirilir.

Həmçinin qeyd edilir ki, uçuşlar zamanı təyyarələri MiQ-31 və Su-35 qırıcılarının ekipajları müşayiət edib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Şimal-Buzlu-okeanı   Tu-95MS  


Bizi "telegram"da izləyin