Merkel: “Aİ müdafiə sahəsində əməkdaşlıq məsələsində proqressə nail olub”

2018/05/2040-Angela-Merkel_1526115229.jpg
Oxunub: 3137     17:07     12 May 2018    
“Avropa İttifaqı müdafiə sahəsində qarşılıqlı fəaliyyət üzrə cəhdlərdə böyük uğura nail olub”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Almaniya kansleri Angela Merkel bəyan edib.

“Biz nəhəng proqressə nail olmuşuq. PESVO hesabına Avropa İttifaqı müdafiə sahəsində mövcud resurslardan daha effektiv istifadə edə bilər”, - deyə Merkel bildirib.

O qeyd edib ki, hazırda əsas məsələlərdən biri də dünya regionlarında hərbi münaqişələrin yaranmasına yol verməməkdir və Avropa İttifaqı bu sahəyə də xüsusi diqqət göstərməlidir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avropa-İttifaqı   Angela-Merkel  


Bizi "telegram"da izləyin