ABŞ generalı: “Rusiya yalnız gücə hörmət edir”

2018/05/2032-Ben-Hodces_1526109138.jpg
Oxunub: 4392     15:28     12 May 2018    
“NATO Rusiyaya qarşı mübarizədə birlik nümayiş etdirməlidir, bu ölkə yalnız gücü başa düşür”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ Quru Qoşunlarının Avropadakı keçmiş komandanı Ben Hodces bəyan edib.

“Rusiya böyük tarix və insanlara malik böyük ölkədir, lakin onlar yalnız gücə hörmət edirlər. Əgər Alyans Rusiyaya qarşı güc və birlik nümayiş etdirməsə, Rusiya NATO-nu üstəyələyəcək”, - deyə Hodces bildirib.

O qeyd edib ki, Rusiyanın məqsədi Avropa İttifaqı və NATO-nun etimadını itirməsinə nail olmaq, həmçinin Alyansın üzvlərini təşkilatın onları müdafiə edə bilməyəcəyinə inandırmaqdır.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Rusiya   ABŞ   Ben-Hodces  


Bizi "telegram"da izləyin