Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya müdafiə sənayesi kompleksindən olan mənbələr məlumat yayıb.
““Poseydon” aparatları 2027-ci ilədək dövlət silahlanması proqramına daxildir və proqramın bitməsinədək döyüş heyətinə daxil edilməlidir. Onun tərkibinə bir neçə sürətli dərinlik torpedası daxildir. Bu torpedalar kiçik ölçülü nüvə enerjisi qurğuları ilə təchiz edilib”, - deyə məlumatda bildirilir.
Həmçinin qeyd edilir ki, onların daşıycısının “Sevmaş”da olan atom sualtı gəmisinin olması nəzərdə tutulub.
Ağalar Qəribov
Ordu.az