Ordu.az Sdelanounas.ru saytına istinadən xəbər verir ki, bu barədə Rusiya Cənub Hərb Dairəsinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, “KamAZ” şassisində qurulan Rusiya istehsalı USA-2QA-lar həm ümumi istifadə yollarında, həm də hərəkətin çətin olduğu ərazilərdə hərəkət etməyə qadirdir. Aqreqat çəkisi 5 tonadək olan ağac, dəmir-beton və metal dirəklərin basdırılmasında istifadə edilir.
Bütün bunlarla yanaşı bu aqreqatlar vasitəsilə Dəmir Yolları Qoşunlarında yüklərin daşınmasını həyata keçirmək planlaşdırılır.
Ağalar Qəribov
Ordu.az