Amerika qırıcıları Rusiya bombardmançılarını ələ keçirib

2018/05/2025_1526104289.jpg
Oxunub: 1632     13:46     12 May 2018    
“Amerikanın F-22 qırıcıları Cümə günü Alyaska ştatının qərb sahillərində Rusiyanın Tu-95 strateji bombardmançılarını ələ keçirib”.

Ordu.az CNN-ə istinadən xəbər verir ki, bu barədə Şimal Amerika Birləşmiş Aerokosmik Müdafiə Komandanlığının nümayəndəsi Endryu Hennessi bəyan edib.

Onun sözlərinə görə, hadisə yerli vaxtda cümə günü səhər saatlarında (Bakı vaxtı ilə axşam saatlarında) Ayaskanın beynəlxalq hava məkanı yaxınlığında baş tutub.

“Alyaskada bazalanan iki ədəd F-22 qırıcısı Rusiyanın iki ədəd uzaqmənzilli Tu-95 “Medved” bombardmançısını Alyaskanın Qərb sahillərində - Aleut adalarından şimalda ələ keçirib”, - deyə Hennessi bildirib.

O qeyd edib ki, ABŞ təyyarələri Tu-95-ləri onların hava hücumundan müdafiə zonasını tərk etməsinədək müşayiət edib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Rusiya   F-22   Tu-95  


Bizi "telegram"da izləyin