Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə NATO Müdafiə Kolleci tərəfindən ictimailəşdirilən araşdırmada analitik Dieqo A. Ruis Palmer bildirib.
“2009-cu ildən Rusiya Silahlı Qüvvələri “Soyuq müharibə”dən sonra qədəm qoyan iki onillik ərzində davam edən düşüş və zəiflik mərhələsindən çıxaraq bərpa edilməyə başlandı. Həyata keçirilən işlərin miqyası təəccübləndiricidir”, - deyə analitik açıqlayıb.
O qeyd edib ki, Rusiyanın 2009-cu ildən etibarən hər il keçirdiyi hərbi təlimlərdə 60 mindən 150 minədək hərbçi iştirak edir.
“Avropada Rusiya istisna olmaqla heç bir ölkə belə miqyasda və belə tezliklərlə hərbi təlimlər keçirmir”, - deyə Palmer vurğulayıb.
Analitik hesab edir ki, Suriyadakı hərbi əməliyyatlar iştirak Rusiya ordusunu yeni funksional səviyyəyə çıxardı və ordunun maddi-texniki potensialını gücləndirdi.
Ağalar Qəribov
Ordu.az