Ordu.az “Fox News”a istinadən xəbər verir ki, ABŞ Quru Qoşunlarının general-mayoru Roger Klouter sözügedən hadisə ilə bağlı aparılan araşdırmanın nəticəsini açıqlayıb.
“Tonqodakı düşmən hücumunun birbaşa səbəbi düşmənin taktiki sürprizə nail olması və əsgərlərimizin təqribən birin üçə nisbətdə say azlığında yaxalanması oldu”, - deyə Klouter bildirib.
Onun sözlərinə görə, hadisə zamanı ABŞ və Nigerdən olan təxminən 46 əsgər 100-dən çox düşmən qüvvəsi ilə bir saatdan çox müddətdə atışıb.
Xatırladaq ki, 2017-ci il oktyabrın 4-də terrorçular ABŞ əsgərlərini pusquya salıb. Meydana gələn atışma nəticəsində 4 ABŞ əsgəri həlak olub.
Ağalar Ağalarlı
Ordu.az