Britaniya SQ-nin təchizatına 21 milyard funtsterlinq tələb olunur

2018/05/received_2536959186530234_1526056110.jpeg
Oxunub: 3829     00:29     12 May 2018    
Birləşmiş Krallıq silahlı qüvvələrinin ehtiyac duyduğu hərbi ləvazimatları təmin etmək üçün 21 milyard funtsterlinq vəsait tələb olunur.

Ordu.az “İndependent”ə istinadən xəbər verir ki, bu barədə Britaniya parlamentinin İctimai Hesabat Komitəsi məlumat yayıb.

Komitənin məlumatına görə, bu vəsait krallıq ordusunun növbəti dekadada təhdidlərlə döyüş qabiliyyətinin saxlanması üçün zəruridir.

Komitə Müdafiə Nazirliyinin modernizasiya proqramının ordunun imkanları ilə bağlı problemləri həll edəcəyindən və Britaniyanın kiber, kimyəvi, bioloji, radioloji, nüvə və elektromaqnit hücumlara qarşı möhkəmliyini təmin edəcəyindən şübhə duyduğunu açıqlayıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Silahlı-Qüvvələr  


Bizi "telegram"da izləyin