Rusiya yeni hərbi nəqliyyat helikopterini sınaqdan keçirəcək

2018/05/received_2536953069864179_1526053307.jpeg
Oxunub: 1509     23:53     11 May 2018    
May ayı çərçivəsində Rusiyanın yeni Mi-38T hərbi-nəqliyyat təyyarəsi səmaya qalxaraq sınaqdan keçiriləcək.

Ordu.az “İzvestiya” nəşrinə istinadən xəbər verir ki, bu barədə helikopterin istehsalını həyata keçirən “Kazan helikopter zavodu”nun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, bu helikopter Rusiya Silahlı Qüvvələrində çoxməqsədli Mi-8 və ağır Mi-26 nəqliyyat helikopterlərini əvəz edəcək.

Qeyd edək ki, Mi-38 helikopterlərinin istehsalı müəyyən fasilələrlə 1991-ci ildən bəri aparılır. 1991-ci ildə ilk dəfə helikopterin maketi təqdim edilib, 2003-cü ildə isə bu helikopter ilk uçuşunu həyata keçirib. Onun uzunluğu 19,9 metr, eni 4,5 metr, pərlərin diametri isə 21,1 metr təşkil edir. Mi-38 surətini saatda 320 kilometrə qədər artırmağa və ümumi çəkisi 6 tona qədər olan yükləri 1,3 min kilometr məsafəyə daşımağa qadirdir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Kazan   Helikopter  


Bizi "telegram"da izləyin