MBDA yeni raket sistemini Yaxın Şərq müştərilərinə satmağı düşünür

2018/05/received_2536954729864013_1526053120.jpeg
Oxunub: 4153     23:36     11 May 2018    
MBDA-nın Fransa quru qoşunlarının təzəlikcə istifadəyə verdiyi yeni quru döyüş raket sistemlərini Yaxın Şərq ölkələrinə satmağı nəzərdən keçirir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə MBDA-nın hərbi məsləhətçisi və Fransa QQ-nin sabiq polkovniki Fransis Bordaçar danışıb.

O bildirib ki, yeni nəsil quru döyüş raket sistemi olan “Missile Moyenne Portee” tamamilə yenidir və onun heç bir ekvivalenti yoxdur.

Yeni sistem kompaniyanın sərgisində nümayiş etdirilib. O, şirkətin MILAN, “Lockhed Martin və “Raytheon”un “Javelin” sistemlərini əvəzləyəcək.

Sistem tamamilə Fransa istehsalıdır və ötən ilin oktyabrında Fransa ordusunda istifadəyə verilib. Bordaçarın sözlərinə görə, artıq Yaxın Şərq yeni sistemi diqqətə almağa başlayıb.

O, körfəz ölkələrinin sistemə olan maraqlarını ifadə etdiyini və kompaniyaya Bəhreyn xüsusi təyinatlı qüvvələri tərəfindən baş çəkildiyini qeyd edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MBDA   Yaxın-Şərq   Bəhreyn  


Bizi "telegram"da izləyin