Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu büdcədə İsrailin “Dəmir Qübbə” raket sistemlərinə 30 milyon dollar xərclənməsi nəzərdə tutulub.
Məlumata görə, bu vəsait həm sözügedən sistemin avadanlıqlarının alınması, həm də onun ABŞ-ın mövcud raketdən müdafiə sistemlərinə uyğunluğunu sınaqdan keçirmək üçün xərclənəcək.
Qeyd edək ki, ABŞ konqresi 2018-ci maliyyə ili üçün də “Dəmir Qübbə”yə 92 milyon dollar ayırmışdı ki, bu rəqəm 2017-ci ildəkindən 30 milyon dollar çox idi. Ümumilikdə bu vaxta qədər Birləşmiş Ştatlar bu müdafiə sistemlərinin mənimsənilməsi üçün 1,5 milyard dollar vəsait xərcləyib.
Ağalar Ağalarlı
Ordu.az