“Uran-6” və “Uran-9”lar təcrübə-döyüş sınaqlarından keçiriləcək

2018/05/2019-Uran-9_1526047431.jpg
Oxunub: 1604     22:37     11 May 2018    
“Uran-9” və “Uran-6” döyüş robotları Rusiya Müdafiə Nazirliyinin bölmələrində təcrübə-döyüş sınaqlarından keçiriləcək.

Ordu.az Amstrade.org saytına istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən olan mənbələr məlumat yayıb.

Məlumata görə, “Uran-6” minasızlaşdırma robotu və “Uran-9” zərbə robotlarının döyüş-təcrübə istifadəsi onların çatışmazlıqları və üstünlüklərini göstərəcək, həmçinin robotların orduya uyğunlaşdırılması üçün zəruri tədbirlərin müəyyənləşdirilməsinə kömək göstərəcək.

Robotların istifadəsindən sonra müəyyənləşdirilən nəticələrə uyğun olaraq onların orduda bundan sonrakı istifadə forması və seriyalı şəkildə Silahlı Qüvvələrə təchizatı ilə bağlı detallar müəyyənləşdiriləcək.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Uran-6   Uran-9  


Bizi "telegram"da izləyin