Ordu.az Armstrade.org saytına istinadən xəbər verir ki, bu barədə Sloveniya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, əlavə tankların satılması üzrə hərrac martın 29-da elan edilib. Tankların ilkin qiyməti 6 milyon avro və ya 7 milyon dollar təşkil edir. Tankların satışı 3 mərhələdə həyata keçirilib.
1-ci təklifdə ümumi qiyməti 2,65 milyon avro təşkil edən dəst daxil idi. Bu dəstdə 13 tank, ehtiyat hissələr, xüsusi alətlər və dinamik müdafiə təqdim olunub. 2-ci təklifdə də 2020-ci ildən etibarən təchizatı həyata keçiriləcək 13 tank daxildir və onun da qiyməti 2,65 milyon avrodur. Nəhayət 3-cü təklifdə isə təchizatına 2019-cu ildən başlanacaq və qiyməti 820 min avro təşkil edən 1496 ədəd zirehdələn fuqas mərmiləri və 1908 ədəd tüstü qumbarası daxildir.
Ağalar Qəribov
Ordu.az