Qəddafinin raket irsi: Liviyada “Elbrus” görüntülənib

2018/05/34534_1526029984.jpg
Oxunub: 1889     17:32     11 May 2018    
Liviyanın Benqazi şəhəri yaxınlığında NATO standartlarına uyğun “Skad B” kimi xarakterizə edilən “Elbrus” görüntülənib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, “Elbrus”un görüntüləri sosial şəbəkələrdə yerləşdirilib.

Hərbi ekspertlərin fikrincə, Liviya hələ SSRİ dövründə onlarla tank və artilleriya qurğuları və onlar üçün yüzlərlə raket alıb. Lakin ölkəyə qarşı 1992-2003-cü ildə tətbiq edilən sanksiyalar bir çox silahlanma sistemlərinə böyük xətər yetirdi. Onların döyüş qabiliyyətinin saxlanması ilə bağlı ciddi problemlər yaşayırdı.

2003-cü ildə sanksiyaların götürülməsindən sonra isə ABŞ “Elbrus”ların məhv edilməsi üzrə Liviya ilə danışıqlar apardı, lakin onlar heç bir neticə vermədi. 2011-ci ildə isə ordunun silahlanmasında hələ bir neçə “Elbrus” var idi.

Qəddafinin öldürülməsindən sonra ABŞ-ın tələbi üzrə bu komplekslərin tamamilə məhv edilməsinə dair danışıqlar aparıldı və bu dəfə müsbət razılaşma əldə edildi. Lakin bu günlərdə sosial şəbəkələrdə yerləşdirilməsi ilə müzakirə mövzusuna çevrilən “Elbrus” ABŞ-ın tələbinin yerinə yetirilmədiyini göstərir.




Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Elbrus   NATO   Skad-B  


Bizi "telegram"da izləyin