Çin hərbi təyyarəsi yenidən Filippin arxipelağına eniş edib

2018/05/11subi-1024x672454_1526028166.jpg
Oxunub: 4423     16:41     11 May 2018    
Çin Xalq Azadlıq Ordusunun hərbi təyyarəsi Fillipinin ərazisi hesab edilən Spratli arxipelağına bir daha eniş edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Strateji Araşdırmalar Mərkəzi məlumat yayıb.

Mərkəzin internet saytında yayımlanan peyk fotosunda XAO-ya məxsus “Shaanxi Y-8” hərbi təyyarəsi arxipelağın Zamora adasına endiyi görülür.

Xatırladaq ki, daha öncə aprelin 28-də XAO-ya məxsus hərbi təyyarənin Spratli arxipelağına eniş etməsi barədə məlumat Çin tərəfindən təsdiqlənmişdi.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Filippin   Spratli  


Bizi "telegram"da izləyin