ABŞ Bolqarıstandakı hərbi bazalarına görə pul ödəmək istəmir

2018/05/vdfvsdvvsdfvdsvdfsvdfvdfssvds34543_1526025326.jpg
Oxunub: 2983     15:52     11 May 2018    
“ABŞ hökuməti Bolqarıstan ərazisində olan hərbi bazaların istifadəsinə görə ödəniş həyata keçirməkdən imtina edir”.

Ordu.az xarici KİV-lərə istiandən xəbər verir ki, bu barədə Bolqarıstanın parlament sədrinin müavini Yavor Notyev bəyan edib.

Notyevin sözlərinə görə, NATO üzrə müttəfiqlər hərbi bazaların istifadəsinə görə Bolqarıstana pul ödəmirlər.

“Təəssüf ki, ABŞ bir qəpik belə ödəmir. Həmçinin tarixi olaraq bizim NATO-nun Avropadakı ən böyük üzv dövləti olan Türkiyə ilə qəliz münasibətlərimiz var. Təhlükəsizliyimizin münasibətlərimizin yaxşı olmadığı dövlətlərdən asılı olması rəsmi Sofiyanı çox narahat edir”, - deyə Notyev bildirib.

O qeyd edib ki, bolqar deputatlar mütəmadi şəkildə NATO-dan çıxmaq barədə məsələ qaldırır və neytrallıq yönündə hərəkət etməyin mühümlüyü mövqeyindən çıxış edirlər.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Bolqarıstan   Hərbi-baza  


Bizi "telegram"da izləyin