Pentaqon İraq ordusunun İŞİD-ə qarşı səylərini yüksək qiymətləndirib

2018/05/4792342_1526023547.jpg
Oxunub: 2783     15:34     11 May 2018    
ABŞ Müdafiə Nazirliyi İraq ordusunun İŞİD-ə qarşı səylərini və son günlərdə İŞİD üzvlərini ələ keçirməsinin tərifə layiq olduğunu bildirib.

Ordu.az “Fox News”a istinadən xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidmətinin yaydığı bəyanatda qeyd olunub.

Qeyd edək ki, İraq təhlükəsizlik qüvvələri dünən İŞİD terrorçularının ələ keçirilməsi məqsədilə ABŞ və Türkiyə kəşfiyyat xidmətinin dəstəyi ilə əməliyyat həyata keçirildiyini və təşkilatın ən çox axtarılan liderlərindən beşinin Suriya ilə sərhəd bölgəsində saxlandığını açıqlayıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pentaqon   İraq   İŞİD  


Bizi "telegram"da izləyin