Almaniya və Fransa liderləri Donbasda sülhməramlıları dəstəkləyirlər

2018/05/84DA18F6-D457-4AE1-A456-4521B7DC4E69_w1023_r1_s3456_1526020957.jpg
Oxunub: 3607     14:41     11 May 2018    
“Almaniya və Fransa liderləri Donbasa BMT sülhməramlı missiyasının yerləşdirilməsini dəstəkləyirlər”.

Ordu.az “Amerikanın səsi” radiosuna istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Petro Poroşenko bəyan edib.

“Biz Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Angela Merkellə diqqətli şəkildə Minsk razılaşmalarının implementasiyasının “yol xəritəsi”ni müzakirə etdik və sülhməramlıların istifadəsinin zəruri şərt olmasında razılaşdıq. Biz Minsk razılaşmalarının həyata keçirilməsinin Donbasa sülhməramlıların daxil edilməsi həyata keçirilmədən mümkün olmaması məsələsində fikir ayrılığı yaşamadıq”, - deyə Poroşenko bildirib.

O qeyd edib ki, mayın 14-də ABŞ-ın Ukrayna üzrə xüsusi səfiri Kurt Volkerlə də görüşərək Donbasa sülhməramlıların yerləşdirilməsini müzakirə edəcək.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya-Fransa   Donbas  


Bizi "telegram"da izləyin