ABŞ və KXDR liderlərinin görüş yeri barədə detallar bəlli olub - Bloomberg

2018/05/234_1526019726.jpg
Oxunub: 2679     14:20     11 May 2018    
ABŞ prezidenti Donald Tramp və KXDR lideri Kim Çen Inın görüşü iyunun 12-də Sinqapurun “Shangri-La” mehmanxanasında baş tuta bilər.

Ordu.az xəbər verir ki, bu barədə “Bloomberg” nəşri məlumat yayıb.

Məlumata görə, görüşün dəqiq yeri hələlik açıqlanmayıb, lakin görüşün keçirilməsi üçün ən uyğun məkanlardan birinin Sinqapurun məhz “Shangri-La” mehmanxanasının olduğu bildirilir.

Bu mehmanxana hər il Asiya-Sakit okean regionunda təhlükəsizlik məsələləri üzrə beynəlxalq konfranslar keçirilir, o cümlədən bir sıra digər beynəlxalq tədbirlərin keçirilməsi üçün məhz bura seçilir.

Qeyd edək ki, Tramp dünən öz “Twitter” hesabında Kim Çen Inla görüşün iyunun 12-də Sinqapurda keçiriləcəyini açıqlayıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   KXDR   Görüş-yeri  


Bizi "telegram"da izləyin