ABŞ DTN Meksika sərhədinə əlavə qüvvələrin göndərilməsini istəyir

2018/05/56345_1525960087.jpg
Oxunub: 3264     01:47     11 May 2018    
Birləşmiş Ştatların Daxili Təhlükəsizlik Nazirliyi ABŞ-Meksika sərhədində təhlükəsizliyi təmin etmək məqsədilə əlavə 700 əsgərin əraziyə cəlb edilməsini istəyib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, DTN bu məsələ ilə bağlı Müdafiə Nazirliyinə rəsmi sorğu göndərib və hazırda Ceyms Mettisin cavabı gözlənilir.

Qeyd edək ki, hazırda sərhədə bu ABŞ Milli Qvardiyasının 1600 əsgəri yerləşdirilib. Bundan əlavə 2000 əsgərin göndərilməsi məsələsi də təsdiqlənib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Meksika   DTN  


Bizi "telegram"da izləyin