Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə koalisiya daxilindəki Britaniya qoşunlarının komandiri general-mayor Feliks Gedney bildirib.
“Koalisiya İŞİD-in tam məğlub ediləcəyi vaxta qədər harda olmalarından asılı olmayaraq onları izləməyə davam edəcək. İŞİD-in əlində olan sonuncu ərazilər olan Fərat çayının şərqində onların məğlub edilməsi üzrə əməliyyatlar aparılır. Bununla da saxta xilafətin nəzarətindəki sonuncu ərazilər də azad ediləcək”, - deyə Gedney qeyd edib.
Komandirin sözlərinə görə, hazırda Fərat çayı sahilində azad edilmiş ərazilərin ölçüsü 5000 kvadrat-kilometrdən çoxdur.
Ağalar Ağalarlı
Ordu.az