ABŞ QQ daha böyük, sürətli və dəqiq güllələri sınaqdan keçirir

2018/05/234234_1525959553.jpeg
Oxunub: 4483     23:38     10 May 2018    
ABŞ Quru Qoşunlarının yeni silahları ilə daha sürətli və daha dəqiq imkanlara malik olan yeni kalibrli güllələrin atışını sınaqdan keçirilib.

Ordu.az “Business İnsider”ə istinadən xəbər verir ki, ABŞ QQ bu güllələrin dəqiq olaraq hansı növ müdafiəni dələ biləcəyini bildirməsə də, ötən il ABŞ Baş Qərargah rəisi general Mark Milley bəzi bədən zirehlərinin 5,56 mm-lik güllələri dayandıra biləcəyini deyib.

Qeyd edək ki, bu vaxta qədər ordu 5,56 və ya 7,62 mm-lik güllələrdən istifadə edib. Hazırda isə M249 Avtomat silahı və M4 “carbine” üçün nəzərdə tutulmuş 6,8 mm-lik mərmilər sınaqdan keçirilir.

Bu mərmilərin hazırlanmasında istifadə edilən materialdan dolayı onlar 7,62 mm-lik mərmilərdən əhəmiyyətli dərəcədə yüngüldür.

Onun bir başqa üstünlüyü isə daha uzaq məsafəyə supersəs sürətlə hərəkət edə bilməsidir ki, bunun sayəsində o, hədəfə dəymədə daha dəqiq nəticə göstərə bilir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Güllə  


Bizi "telegram"da izləyin